Bu şəxsi məlumatların məxfiliyi siyasəti (bundan sonra Məxfilik siyasəti) www.bakuelectronics.az domenində yerləşən "Baku Electronics" İnternet-mağazasının həmin mağazadan, proqram təminatından və xidmətlərdən istifadə edilən zaman İstifadəçilər haqqında əldə olunan bütün məlumata aid olunur.
1. TERMİNLƏRİN TƏYİN EDİLMƏSİ
1.1. Bu Məxvilik siyasətində aşağıdakı terminlərdən istifadə olunur:
1.1.1. «İnternet mağaza saytının administratorları (bundan sonra – Sayt Administrasiyası)» – Baku Electronics adından fəaliyyət göstərən, şəxsi məlumatların əldə olunmasını təşkil edən və ya həyata keçirən, şəxsi məlumatların işlənməsinin məqsədini, işlənməli şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) təyin edən saytın idarə edilməsi üzrə səlahiyyətli heyət.
1.1.2. «Şəxsi məlumatlar» - Müəyyən və ya müəyyən olunan fiziki şəxsə (şəxsi məlumatların subyekti) birbaşa və ya dolayı yolla aid olan istənilən məlumat.
1.1.3. «Şəxsi məlumatların işlənməsi» - avtomatlaşdırma və ya belə vasitələrdən istifadə etmədən şəxsi məlumatlarla törədilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu, həmçinin şəxsi məlumatların toplanması, yazılışı, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişdirilmə), əldə olunması, istifadəsi, ötürülməsi (yayılması, təqdim olunması, tapılması), simasızlaşdırılması, bloklaşdırılması, silinməsi, ləğv edilməsi.
1.1.4. “Şəxsi məlumatların məxfiliyi” – şəxsi razılıq və ya digər qanuni əsas olmadan subyektin şəxsi məlumatlarının yayılmasına imkan verməməklə Operator və ya digər şəxsi məlumatı əldə edən şəxs üçün mütlək olan.
1.1.5. “İnternet-mağaza Saytının istifadəçisi (bundan sonra – İstifadəçi)” – İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən şəxs.
1.1.6. «Cookies» — səhifəni açdıqda veb-server tərəfindən göndərilən və istifadəçinin kompyuterində saxlanılan veb-müştərinin və ya veb-brauzerin hər dəfə veb-serverə müvafiq saytın səhifəsini açmaq cəhdi zamanı HTTP-tələbində göndərdiyi verilənlərin kiçik fraqmenti.
1.1.7. «İP-ünvan» — kompyuter şəbəkəsində İP protokolu ilə qurulmuş unikal şəbəkə ünvanı qovşağı.
2. ÜMUMİ MÜDDƏALAR
2.1. İstifadəçinin İnternet-mağaza vebsaytından istifadə etməsi bu Məxfilik Siyasətini və İstifadəçinin şəxsi məlumatlarının işlənmə şərtlərinin qəbul etməsidir.
2.2. Məxfilik Siyasəti şərtləri ilə razılaşmasa, İstifadəçi onlayn mağazanın veb saytından istifadəni dayandırmalıdır.
2.3. Məxfilik Siyasəti yalnız Baku Electronics İnternet mağazasının saytına aiddir. İnternet mağaza istifadəçinin İnternet Mağazanın veb saytında mövcud olan linklərdən və ya keçidlərdən istifadə edə biləcək üçüncü tərəflərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
2.4. Saytın administrasiyası İnternet-mağaza saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır.
3. MƏXFİLİK SİYASƏTİNİN PREDMETİ
3.1. Bu Məxfilik Siyasəti internet mağaza saytının Administrasiyasının İstifadəçinin saytında qeydiyyatdan keçdikdə və ya malların satın alınması zamanı sifariş verərkən təqdim etdiyi şəxsi məlumatların sayt tərəfindən yayılmaması və məxfi saxlanılması tələbini təmin edir.
3.2. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları “Qeydiyyat” bölməsində "Baku Electronics" internet mağazasının saytında, qeydiyyat formasını dolduraraq, təqdim edir və aşağıdakı məlumatları daxil edir:
3.2.1. İstifadəçinin soyadı, adı, atasının adı;
3.2.2. İstifadəçinin əlaqə telefonu;
3.2.3. Elektron ünvan (e-mail);
3.2.4. Malın çatdırılma ünvanı;
3.2.5. İstifadəçinin yaşadığı ünvan.
3.3. İnternet mağaza reklam birləşmələrini görüntüləmə prosesində və Google statistika scriptinin ("pixel") yükləyən səhifələrinə daxil olarkən avtomatik olaraq ötürülən məlumatları qoruyur:
• İP ünvan;
• cookies məlumatları;
• brauzer haqqında məlumat (və ya reklam nümayişınə icazə verən digər proqram);
• keçid vaxtı;
• reklam bloku yerləşən səhifənin ünvanı;
• referer (əvvəlki səhifənin ünvanı).
3.3.1. Cookies-lərin söndürülməsi, avtorizasiya tələb edən İnternet mağazanın veb saytının bəzi hissələrinə daxil olmaması ilə nəticələnə bilər.
3.3.2. İnternet mağaza ziyarətçilərin İP ünvanlarına dair statistika toplayır. Bu məlumat maliyyə ödənişlərinin qanuniliyini yoxlamaq üçün texniki problemləri müəyyən etmək və həll etmək məqsədilə istifadə olunur.
3.4. Yuxarıda göstərilməmiş istənilən digər şəxsi məlumat (satınalma tarixçəsi, istifadə edilən brauzerlər və əməliyyat sistemləri və s.) bu Məxfilik Siyasətinin 5.2. və 5.3. Maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla etibarlı saxlanılmalı və yayılmamalıdır.
4. İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ
4.1. İnternet mağazanın sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edə bilər:
4.1.1. İnternet mağazanın saytında qeydiyyatdan keçmək və (və ya) Bakı Elektronics İnternet mağazasında malların distant üsul ilə satın alınması üçün müqavilə bağlamaq məqsədilə İstifadəçinin müəyyən edilməsi. 4.1.2. İstifadəçiyə internet-mağaza Saytının şəxsi resurslarına daxil olmasını təmin etmək.
4.1.3. İstifadəçi ilə qarşılıqlı əlaqənin qurulması, həmçinin İnternet mağaza saytından istifadə şərtləri və qaydası, xidmətin göstərilməsi, istifadəçinin sorğu və tələbnamələrin işlənməsi.
4.1.4. Təhlükəsizliyi təmin etmək və dələduzluğun qarşısını almaq üçün İstifadəçinin yerləşdiyi məkanın təyin olunması.
4.1.5. İstifadəçinin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünün və tamlığının təsdiqi.
4.1.6. İstifadəçi bir hesab yaratmaq üçün razılığa gəldiyi təqdirdə alış etmək üçün hesabın yaradılması.
4.1.7. İnternet mağaza saytının İstifadəçisinə sifarişin vəziyyəti ilə bağlı məlumatlandırılması.
4.1.8. Vergi və ya vergi imtiyazlarını təsdiqləyən ödəmə və ödənişləri qəbul edən, ödəmə mübahisəsi, istifadəçi tərəfindən kredit xəttini almaq hüququnun müəyyən olunması.
4.1.9. İnternet mağaza saytından istifadə zamanı yaranan əngəlliklərlə bağlı İstifadəçiyə səmərəli müştəri və texniki dəstəyin verilməsi.
4.1.10. İstifadəçinin razılığı ilə məhsul yeniləmələri, xüsusi təkliflər, qiymət məlumatları, xəbər bülletenləri və İnternet mağaza adından və ya İnternet mağaza tərəfdaşları adından digər məlumatları təqdim etmək. 4.1.11. İstifadəçinin razılığı ilə reklam fəaliyyətini həyata keçirmək.
4.1.12. Məhsul, yenilənmə və xidmətlərdən yararlanmaq üçün İnternet mağaza tərəfdaşlarının saytlarına və ya xidmətlərinə İstifadəçinin daxil olmasını təmin etmək.
5. ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ
5.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.
5.2. İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, elektrik əlaqə operatorlarına) «Baku Electronics» İnternet maqazasının saytında qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir.
5.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.
5.4. Şəxsi məlumatların itirildiyi və ya yayıldığı halda saytın Administrasiyası İstifadəçini məlumatlandırır.
5.5. Sayt Administrasiyası İstifadəçinin şəxsi məlumatının məxfiliyinin saxlanılması, qeyri-qanuni və ya təsadüfi ələ keçmə, ləğv olunması, dəyişdirilməsi, bloklaşması, surətinin çıxarılması, yayılması və s. üçüncü şəxslərin qeyri qanuni hərəkətlərin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirləri həyata keçirir. 5.6. Sayt Administrasiyası İstifadəçi ilə birlikdə İstifadəçinin məxfi məlumatlarının itirilməsi və ya yayılması ilə bağlı ziyanın ödənilməsini və ya mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir.
6. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
6.1. İstifadəçinin borcudur:
6.1.1. İnternet mağaza saytından istifadə etmək üçün tələb olunan məlumatı təqdim etmək.
6.1.2. Məlumat dəyişdikdə təqdim olunmuş məlumatı yeniləmək, tamamlamaq.
6.2. Sayt Administrasiyası borcludur:
6.2.1. Əldə olunan məlumatı bu Məxfilik Siyasətinin 4-cü bəndində göstərilən məqsədlər üçün istifadə etmək.
6.2.2. Verilən məxfi məlumatın qorunub saxlanılmasını, İstifadəçinin yazılı razılığı olmadan yayılmamasını təmin etmək, həmçinin bu Məxfilik siyasətinin 5.2. və 5.3. bəndləri istisna olmaqla, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişməmək, dərc etməmək və ya digər üsullarla yayılmasının qarşısını almaq. 6.2.3. İstifadəçinin şəxsi məlumatlarının gizli saxlanılması üçün mövcud tədbirlər zamanı bu cür məlumatların mühafizəsi üçün istifadə edilən qaydaya uyğun tədbirlərin həyata keçirilməsi.
6.2.4. İstifadəçinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqanlarının və ya yoxlama dövründə müraciət olunduğu vaxtdan müvafiq İstifadəçiyə aid şəxsi məlumatların bloklanmasını həyata keçirmək.
7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
7.1. İstifadəçinin təqdim etdiyi məlumatları qeyri-qanuni istifadəsi nəticəsində İstifadəçinin çəkdiyi zərəri odəməyən, öhdəliklərini yerinə yetirməyən sayt Administrasiyası bu Məxfilik Siyasətinin 5.2., 5.3. və 7.2. bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
7.2. Məxfi məlumatın itirilməsi və ya yayılması zamanı Administrasiya aşağıdakı hallarda məsuliyyət daşımır:
7.2.1. Onun itirilməsi və ya yayılmasından əvvəl ictimaiyyətə bəlli olub.
7.2.2. Üçüncü tərəf məlumatı saytın Administrasiyasından əvvəl əldə edib.
7.2.3. İstifadəçinin razılığı ilə yayılıb.
8. MÜBAHİSƏLƏRİN HƏLLİ
8.1. İnternet mağaza saytı və sayt administrasiyası arasında yaranan mübahisələrə dair iddia ərizəsini verməzdən əvvəl iddianın irəli sürülməsi (mübahisənin könüllü şəkildə həll edilməsi haqqında təklif) mütləkdir.
8.2. İddianı alan iddia ərizəsi alındıqdan sonra 30 təqvim günü ərzində iddiaçının iddia ərizəsinin nəticələri haqqında yazılı şəkildə məlumatlandırır.
8.3. Razılıq əldə edilmədikdə, mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, məhkəmə orqanına təqdim olunur.
8.4. Bu Məxfilik Siyasətinə və İstifadəçi və Sayt Administrasiyası arasındakı münasibətlərə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq edilir.
9. ƏLAVƏ ŞƏRTLƏR
9.1. Sayt administrasiyası İstifadəçinin icazəsi olmadan bu Məxfilik Siyasətində dəyişikliklər edə bilər.
9.2. Yeni Məxfilik siyasəti Məxfilik siyasəti tərəfindən qeyri şərtlər nəzərdə tutulmadığı halda İnternet mağazanın saytında yerləşdirildikdən sonra qüvvəyə minir.
9.3. Bu Məxfilik siyasəti ilə bağlı istənilən sual və təkliflərin elektron ünvana göndərilməsi məqsədəuyğundur 9.4. Qüvvədə olan Məxfilik siyasəti www.bakuelectronics.az/123 səhifəsində yerləşdirilir.