Qiymətlərimizə ikiqat zəmanət veririk!

Xəbərlər

Bəyəndiyiniz məhsulu aşağı qiymətə tapsanız, fərqin iki qatını geri qaytarırıq!

Məhsulu bəyənmisiz, amma daha aşağı qiymətə taparam deyə düşünürsüz?

Düşünməyin, çünki biz qiymətlərə ikiqat zəmanət veririk. Almaq istədiyiniz məhsulu aşağı qiymətə tapsanız, həm fərqi qaytarırıq, həm də fərq qədər keşbek veririk.

Alış-verişin qalibi olmaq istəyirsinizsə, Baku Electronics-ə gəlin!

İkiqat zəmanət haqqında ətraflı məlumat əldə etmək üçün şərtlərlə tanış olun.

İKİQAT ZƏMANƏT-in ŞƏRTLƏRİ:

  • Layihə üzrə kompensasiya məbləğinin tam yarı hissəsi məbləğində mala satış zamanı endirim tətbiq edilir, digər hissəsi məbləğində keşbek hədiyyə
  • Layihə cari aksiya şərti ilə alınan yekun qiymətlə rəqib qiyməti arasındakı fərqə tətbiq edilir.
  • Layihə nağd, habelə nisyə və taksitli (rəqiblə eyni şərtlər saxlanılmaqla) satışlara, ödəniş tiplərindən asılı olmayaraq şamil edilir.
  • Layihə satışdan öncə və ya cari satış tarixi müddətində müraciət etmiş, şirkətin loyallıq proqramında iştirak edən və şəxsiyyət vəsiqəsini təqdim edən istehlakçılara tətbiq edilir.
  • İstehlakçı bu layihədən 30 gün ərzində 1 dəfə yararlana bilər.
  • İstehlakçı bir maldan yalnız 1 (bir) ədəd ala bilər (home kateqoriyasına aid boşqab, fincan və ya digər komplekt şəklində satışı həyata keçirilən mallar istisnadır).
  • Layihə istehlakçılara şamil edilir. Fərqli məqsədlərlə (aldığı malların Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş vergidən yayınmaqla 3-cü şəxslərə satışı) istifadə müraciəti aşkar edildikdə, şirkətin müraciətə imtina etmək hüququ vardır.
  • Layihə üzrə rəqib qismində qəbul edilən şirkətin minimum 10 (on) rəsmi pərakəndə satış mağazası və rəsmi veb-saytı olmalıdır.
  • Rəqib şirkətin regionlara özəl aksiya şərtinin tətbiqi nəticəsində yaranmış fərqə görə kompensasiya yalnız həmin region (rayon, şəhər nəzərdə tutulur) mağazalarında tətbiq edilir.
  • Layihə üzrə satışı həyata keçirilən mala görə istehlakçıya standart keşbek şamil edilmir.
  • Standart keşbek məbləği bu layihə çərçivəsində təqdim edilmiş şərtlərdən daha yüksək olarsa, istehlakçı seçimi əsasında bu layihənin özəl şərti və ya standart satış tətbiq edilir.
  • İstehlakçı tərəfindən təqdim olunan qiymət fərqi aşağıda sadalanmış mənbələrin hər hansı birindən sübuta yetirilir:
  • Rəsmi veb-sayt;
  • Sosial şəbəkədəki rəsmi səhifə;
  • Rəqibə məxsus mənbələrdə qiymət fərqinin cari tarixə uyğun olması və malın stokda mövcudluğu mütləqdir.
  • İstehlakçıya kompensasiyanın təqdim edilməsi üçün mala müəyyən edilən tələblər aşağıda sadalanıb:
  • Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun rəsmi idxal edilmiş olmalıdır;
  • Tamamilə eyni olmalıdır (modeli, rəngi, komplektasiyası və s.);
  • Tam komplektasiyalı olmalıdır;
  • Normal satışa yararlı olmalıdır (qüsurlu və ya standart satışa yararlı olmayan mal olmamalıdır);

Qeyd: Aksiya şərtlərində ziddiyyət aşkarlandığı hallarda şirkət istehlakçı müraciətinə imtina etmək hüququna malikdir.

 

Oxşar xəbərlər