Kombi istilik sistemləri
Kombi nədir? Kombi – cəmi bir cihazın köməkliyi ilə idarə olunan daxili istilik və isti su təchizatı sistemidir. Kombi istilik sistemləri evlər və digər binalarda optimal istiliyi təmin edir, çünki Azərbaycanda yay mövsümünün isti havasına baxmayaraq, qış fəsli kifayət qədər soyuq keçir. Kombi sistemlərində isitmə dərəcəsini tənzimləmək və otaqlarda və su təchizatında sizin üçün ən uyğun rahat istiliyi təmin etmək olar.
Baku Electronics elektronika və məişət texnikası mağazalar şəbəkəsində kombi sistemlərinin qiymətləri 800-900-dən 11000 azn arası dəyişir. Cihazın qiyməti qızdırılan otaqların ümumi sahəsi və istilik itkisinin səviyyəsindən (evdə çoxsaylı otaqlar, pəncərələr və eyvanlar varsa, istilik itkisinin artması təbiidir və daha güclü kombi sistemi tələb olunacaq) asılı olaraq dəyişir.
Kombi modelləri.
Ariston brendi kombi istehsalında ən tanınmış brendlərdən biridir. Bu brendə məxsus bir cihazı əldə etdikdə istilik və isti su təchizatı ilə bağlı problemlərin sizdən yan keçəcəyinə əmin ola bilərsiniz. Burada ən qabaqcıl yenilikçi texnologiyalardan istifadə edilir, elektrik cərəyanın artımları zamanı qoruyucu söndürülmə funksiyası mövcuddur. Bütün bunlardan əlavə cihazlar ən aşağı (-52 dərəcəyə qədər) temperaturlarda və hətta qazın çox aşağı təzyiq səviyyəsində belə qüsursuz şəkildə işləyirlər. Cihazların bir çoxu displey və müəyyən bir müddət üçün temperaturu proqramlaşdırmaq imkanı ilə təchiz olunurlar. Bütün istilik sistemindən (cihazın özü və radiatorlardan) havanın avtomatik çıxarılması funksiyası da mövcuddur.
Büdcəli seqmentdən türk brendi E.C.A.-nı qeyd etmək olar. Bu kombi sistemləri ekoloji cəhətdən təhlükəsizdir, səssiz işləyir və çox etibarlıdır. E.C.A. cihazları asanlıqla idarə olunur, davamlıdır və enerji effektivliyinə malikdir. Modellər arasında rahat, uyğun bir temperatur ilə təmin edən, divara quraşdırılmış ikiqat dövrəli cihazlar mövcuddur. Kombilər həmçinin sistemin vəziyyəti haqqında məlumatı əks etdirən displeylərlə təchiz edilir. E.C.A. sistemlərinə hava temperaturu sensorlarını və “isti döşəmə” funksiyasını birləşdirmək mümkündür.
Daha bir türk brendi – Belorad mağazalarımızda təqdim olunur. Belorad kombiləri həmçinin evləri və istənilən digər binalari istilik və isti su ilə təmin edir. Cihazlar yüngül çəkiyə malikdir, etibarlı, davamlı və enerji istehlakı cəhətdən effektivdilər. Çox asanlıqla quraşdırılır və lakonik dizayn sayəsində istənilən interyerə uyğun olur.
Kombi necə işləyir?
Qaz və ya elektrik cərəyan ilə işləyən qazan əsas funksiyanı yerinə yetirir – su onun içində qızdırılır və evdə və ya binada yerləşən bütün radiatorlar vasitəsilə dövr edir. Kombi sayəsində otaqlar, isti döşəmə qızdırılır, su təchizatı sistemi isti su ilə təmin olunur.
Niyə son vaxtlar kombilərdən istifadəyə üstünlük verilir? Məsələ burasındadır ki, kombi sistemində kranlarda istilik və suyun temperaturunu asanlıqla tənzimləmək mümkündür. Kombi yerə və hətta enerji sərfiyyatına mühüm dərəcədə qənaət etməyə imkan verir, çünki yalnız bir cihazdan istifadə olunur.
Kombi seçərkən nələrə diqqət yetirməli?
Aşağıdakı amilləri nəzərə almağı tövsiyə edirik:
- Binada izolyasiya.
- İstilik itkisinin səviyyəsi (pəncərələrin, balkonların, ümumiyyətlə otaqların sayı).
- Yanacaq növü – qaz və ya elektrik enerjisi.
- Kombi sisteminin qiyməti (enerji effektivliyinə malik modellər mövcuddur və istifadə zamanı elektrik enerjiyə qənaət edir və uzun müddət ərzində davamlı qalır, lakin onların qiyməti daha baha olacaq). Bu səbəbdən qiymət-keyfiyyət faktorunu nəzərə almağa dəyər.
- Funksiyalar – burada otaq və su isitmə temperaturu parametrlərinə diqqət yetirin, cihazın ekranı, idarəetmə panelinin olub-olmaması (istifadə zamanı bu amillərin mövcudluğu daha da böyük rahatlığı təmin edəcək).
- Cihazın etibarlılığı və təhlükəsizliyi – burada isə əldə edilən modelin brendi, model barədə rəylərə diqqət yetirmək tövsiyə olunur. Kombi sisteminin təhlükəsizliyi qaz sızması detektoru ilə də təmin edilə bilər.
- Sistemin güc səviyyəsi – istilik səviyyəsi və keyfiyyəti, həmçinin cihazın dəyəri ondan asılıdır.
- Kombi növü – üç növdən birini seçmək (baca ilə, hermetik, kompressor-kondensatorlu).
- a. Bacalı kombi - işlənmiş qazlar xüsusi baca vasitəsilə kənara çıxır.
- b. Hermetik kombi - xüsusi ventilyatorun köməyi ilə yanma havası xaricdən alınır, işlənmiş qazlar eyni sistemdə çıxarılır. Otağı havalandırmağa ehtiyac qalmır.
- c. Kompressor-kondensasiya kombi sistemləri - burada su buxarından istifadə olunur.
Kombi gücünü seçərkən nələrə diqqət yetirməli?
Daha öncə qeyd etdiyimiz kimi, otaqların ümumi sahəsi, bundan əlavə isə enerji effektivliyi səviyyəsi və qış mövsümündə hava şəraitini nəzərə almaq vacibdir.
Otaqların sahəsi və ümumi sayı nə qədər çox olarsa, qışda hava nə dərəcədə sərt keçərsə, kombi cihazı o qədər güclü olmalıdır. Bir otaq üçün hesablayarkən, 8-10 kv / m üçün 1 kVt nəzərə almaq lazımdır. Evdə iki və ya daha çox mərtəbə olduqda, təbii ki, cihazın gücü də daha yüksək olmalıdır. Bu göstəricilərdən əlavə isti suyun istifadəsinə də nəzər yetirin. Evdə böyük ailə yaşayırsa, o halda burada daha çox su istifadə ediləcək və əlbəttə ki, daha güclü bir cihaz seçməyə dəyər.
Beləliklə, bütün bu amilləri nəzərə alaraq, düzgün seçim edə və evinizdə etibarlı, qənaətcil istilik və səmərəli su təchizatı təmin edə bilərsiniz.
Yuxarıda göstərilmiş və digər tanınmış brendlərin kombi cihazlarını Baku Electronics mağazalar şəbəkəsi və https://www.bakuelectronics.az/ internet-mağazasından əldə edə bilərsiniz.